Pedalları səhv salan qadın sürücü AF Mallda AĞIR QƏZA TÖRƏTDİ
Avtomobil birbaşa AF Mall ticarət mərkəzinin parkinqində aşıb.
Ajans.az xəbər verir ki, şahidlərin sözlərinə görə, sükan arxasında olan qadın ehtimal ki, qaz və əyləc pedallarını səhv salıb.
Hadisə nəticəsində maşın çevrilmiş vəziyyətdə qalıb, lakin xoşbəxtlikdən sürücü xəsarət almayıb.
Hadisə şahidlər arasında təəccüb yaradıb — çoxları aşağı sürətlə hərəkət edilən parkinq ərazisində avtomobilin necə aşdığını düşünür.
Hadisənin detalları araşdırılır. (Mənbə: minvalpolitika)
View this post on Instagram
Mövzular: