Reklam resmi
Reklam resmi

İntensiv yağışla bağlı Bakıda tədbirlər HƏYATA KEÇİRİLİR

İntensiv yağışla bağlı Bakıda tədbirlər HƏYATA KEÇİRİLİR
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda yağan intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 Ajans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, FHN-in qüvvələri tərəfindən Bakı şəhərinin müxtəlif istiqamətlərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi İntensiv yağışlar FHN

Digər Xəbərlər