Reklam resmi
Reklam resmi

Yanan anbar Kontakt Home-a MƏXSUSDUR- RƏSMİ

Yanan anbar  Kontakt Home-a MƏXSUSDUR- RƏSMİ
Cəmiyyət

“Bu gün məhsullarımızın saxlandığı anbarlardan birində yanğın baş verib”.

Ajans.az xəbər verir ki, bununla bağlı “Kontakt Home”un sosial şəbəkə hesabında məlumat verilib.

“Ən önəmlisi odur ki, heç kim zərər çəkməyib, hadisə yerindəki bütün insanlar salamatdır.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Operativ müdaxiləyə görə təcili yardım və yanğınsöndürmə xidmətlərinə təşəkkür edirik.

Mövcud vəziyyətlə əlaqədar olaraq bəzi sifarişlərinizin çatdırılmasında qısamüddətli gecikmələr yaşana bilər. Hansı sifarişlərin təsirləndiyini dəqiqləşdirən kimi həmin müştərilərimizlə birbaşa əlaqə saxlayacağıq.

Vəziyyət aydınlaşdıqca yeni məlumatları paylaşacağıq. Səbirinizə və etimadınıza görə minnətdarıq”, - paylaşımda deyilir.

Mövzular:
Kontakt Home yanğın rəsmi məlumat

Digər Xəbərlər