Reklam resmi
Reklam resmi

ƏƏSMN-in bir qrup əməkdaşı Heydər Əliyev zirvəsində

ƏƏSMN-in bir qrup əməkdaşı Heydər Əliyev zirvəsində
Cəmiyyət

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir qrup əməkdaşı Böyük Qafqaz dağlarında yerləşən Heydər Əliyev zirvəsinə yürüş ediblər.

Ajans.az xəbər verir ki, onlar Qubanın Xınalıq kəndi yaxınlığındakı Qızılqaya silsiləsində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Hava şəraitinin ağır və relyefin mürəkkəb olmasına baxmayaraq, yürüş iştirakçıları məqsədə uğurla nail olublar.

Ulu Öndərimizin adını daşıyan zirvədə onun barelyefi ziyarət olunub və əziz xatirəsi ehtiramla yad edilib.

Mövzular:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Heydər Əliyev zirvəsi yürüş

Digər Xəbərlər