Akif İslamzadə xəstəxanaya yerləşdirildi
Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib.
Ajans.az xəbər verir ki, sənətkar infarkt keçirib.
Təcili yardımın ilkin müdaxiləsindən sonra A.İslamzadə xəstəxanaya aparılıb.
İfaçının oğlu Ayxan açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib: "Həkimlər baxış keçirirlər".
Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. 120-dən çox mahnının ifaçısıdır.
Mövzular: