Reklam resmi
Reklam resmi

Paytaxtın bu obyektində İYRƏNC VƏZİYYƏT

Paytaxtın bu obyektində İYRƏNC VƏZİYYƏT
Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi olaraq təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

author picture
Zərif Sofiyeva
Mövzular:
AQTA “Dehli” ictimai iaşə müəssisəsi plandankənar yoxlama

Digər Xəbərlər