Reklam resmi
Reklam resmi

Bu işlə məşğul olanlar 200 manat CƏRİMƏ EDİLƏCƏK

Bu işlə məşğul olanlar 200 manat CƏRİMƏ EDİLƏCƏK
Cəmiyyət

Dilənçiliklə məşğul olanlar cərimələnəcək, inzibati həbs ediləcək.

Ajans.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 523-1-ci maddədə əksini tapıb.

    Məcəlləyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimələnəcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunacaq.

    Mövzular:
    cərimə dilənçi

    Digər Xəbərlər