Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Fukuşima prefekturasında, İnavaşiro şəhəri yaxınlığında qeydə alınıb. Qəzaya mikroavtobusla yanaşı bir neçə nəqliyyat vasitəsi də cəlb olunub.
İlkin məlumata görə, hadisə nəticəsində azı bir şagird həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə ilə bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.