Hazırda həkimlər başqa ölkədəki xəstəni ƏMƏLİYYAT EDƏ BİLİRLƏR
“Artıq həkim başqa ölkədə olan xəstəni texnologiya vasitəsilə əməliyyat edə bilir”.
Ajans.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəisi Əzizə Vidadi deyib.
“Texnologiyanın sürətli inkişafı tibb sahəsinə də böyük yeniliklər gətirib. Texnologiya tibb sahəsində o qədər inkişaf edib ki, artıq həkim başqa ölkədə olan xəstəni texnologiya vasitəsilə əməliyyat edə bilir. Bu kimi yeniliklər xüsusilə mürəkkəb cərrahi müdaxilələr zamanı yüksək ixtisaslı mütəxəssislərin coğrafi məhdudiyyətlər olmadan xidmət göstərməsinə şərait yaradır”.
Mövzular: