Reklam resmi
Reklam resmi

Beş min abonent SUSUZ QALACAQ

Beş min abonent SUSUZ QALACAQ
Cəmiyyət

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

Ajans.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.

Mövzular:
su ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti

Digər Xəbərlər