Reklam resmi
Reklam resmi

Xocalıya növbəti köç olub

Xocalıya növbəti köç olub
Cəmiyyət

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Aprelin 29-da Xocalının Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə köç karvanları yola salınıb. Badara, Xanabad, Təzəbinə və Xanyurdu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Ajans.az xəbər verir ki, bu mərhələdə Badara kəndinə 16 ailə - 59 nəfər, Xanabad kəndinə  10 ailə - 46 nəfər, Təzəbinə kəndinə 3 ailə - 15 nəfər, Xanyurdu kəndinə isə 4 ailə - 25 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Digər Xəbərlər