Reklam resmi
Reklam resmi

Kapital Bank-ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib

Kapital Bank-ın likvidlik örtmə əmsalı 137.9% təşkil edib
Cəmiyyət

Bu haqda məlumatı bankın İdarə Heyətinin Sədrinin 1-ci müavini Cavid Mirzəyev mətbuat konfransında bildirib.

Ajans.az xəbər verir ki, “Beynəlxalq reytinqlərimizi dəstəkləyən ən həlledici faktorlardan biri də yüksək likvidlik səviyyəmizdir. Faiz qazandıran aktivlərimizin böyük hissəsi qısa və ortamüddətli kreditlərə, dövlət qiymətli kağızlarına və etibarlı istiqrazlara yatırıldığı üçün Bankımız hər zaman yüksək likvidliyə malikdir. Sonda qeyd etmək istərdim ki, 2025-ci ilin sonuna likvidlik örtmə əmsalımız (LCR) milli valyutada 102.7%, xarici valyutada 310%, ümumilikdə isə 137.9% təşkil etmişdir. Bazel III standartlarının tələb etdiyi 100%-lik minimum həddi əhəmiyyətli dərəcədə üstələməyimiz, Bankımızın hər cür bazar şəraitinə qarşı kifayət qədər möhkəm likvidlik buferinə sahib olduğunu nümayiş etdirir”.

Mövzular:
Kapital Bank

Digər Xəbərlər