Reklam resmi
Reklam resmi

Sloveniyada siyasi BÖHRAN: Baş nazir hökumət QURA BİLMƏDİ

Sloveniyada siyasi BÖHRAN: Baş nazir hökumət QURA BİLMƏDİ
Dünya

Sloveniyanın Baş naziri Robert Qolob parlament seçkilərindən sonra yeni hökumət formalaşdırmaq üçün koalisiya tərəfdaşları ilə razılığa gələ bilmədiyini açıqlayıb.

Ajans.az yerli mediaya istinadən xəbər verir ki, rəhbərlik etdiyi Azadlıq Hərəkatı partiyası mümkün tərəfdaşlarla aparılan danışıqlarda ortaq mövqeyə gələ bilməyib. Qolob bildirib ki, bu səbəbdən o, müxalifətə keçərək parlamentdə fəaliyyətini davam etdirməyə hazırdır.

Baş nazir həmçinin ehtimal olunan mərkəz-sağ koalisiyanı tənqid edərək onu “fırıldaqçılar koalisiyası” adlandırıb və belə bir ittifaqın uzunömürlü olmayacağını qeyd edib.

Seçkilərin nəticələrinə əsasən, Qolobun partiyası parlamentdə 29 mandat qazanıb. Bu, əsas müxalif qüvvə olan Sloveniya Demokrat Partiyasından cəmi bir mandat çoxdur.

Bundan əvvəl Sloveniya Parlamenti Resni.ca partiyasının lideri Zoran Stevanoviçi spiker seçib. Bu qərarın mövcud siyasi vəziyyəti daha da mürəkkəbləşdirdiyi və yeni hökumətin formalaşdırılması prosesinə əlavə çətinliklər yaratdığı bildirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Sloveniya Robert Qolob

Digər Xəbərlər