Reklam resmi
Reklam resmi

Cinayət törədən 37 nəfər saxlanıldı

Cinayət törədən 37 nəfər saxlanıldı
Kriminal

Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Ajans.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 71 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.

Mövzular:
saxlanılan

Digər Xəbərlər