Reklam resmi
Reklam resmi

Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ

Sarı və narıncı XƏBƏRDARLIQ EDİLDİ
Cəmiyyət

Aprelin 11–13-də Azərbaycanda, xüsusilə Bakı və Abşeron yarımadasında güclü külək gözlənilir.

Ajans.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti bununla bağlı sarı və narıncı xəbərdarlıq elan edib.

Məlumata görə, Bakı və Abşeron yarımadası, həmçinin Naxçıvan MR, Xızı, Siyəzən, Quba, Xaçmaz, Şabran, Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Ağdam, Kəlbəcər, Laçın, Zəngilan, Yevlax, Bərdə, Tərtər, Neftçala, Lerik, Yardımlı və Qobustan rayonlarında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək. Bu ərazilərdə küləyin sürətinin 13.9–20.7 m/saniyə təşkil edəcəyi bildirilir.

Eyni zamanda bəzi bölgələrdə hava şəraiti daha sərt olacaq. Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir və Qusar rayonlarında narıncı xəbərdarlıq verilib. Bu ərazilərdə şimal-qərb küləyinin sürəti 20.8–28.4 m/saniyəyədək güclənə bilər.

Sinoptiklər güclü küləkli hava şəraiti ilə əlaqədar vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edir. Xüsusilə açıq ərazilərdə, tikinti sahələrində və ağacların yaxınlığında təhlükəsizlik qaydalarına riayət olunması məsləhət görülür.

Güclü külək bəzi yerlərdə nəqliyyatın hərəkətinə, açıq sahələrdə qurulan konstruksiyalara və ağaclara təsir göstərə bilər. Buna görə də müvafiq qurumlar əhaliyə diqqətli olmağı tövsiyə edir.

Mövzular:
Milli Hidrometeorologiya Xidməti qar yağış

Digər Xəbərlər