Reklam resmi
Reklam resmi

Şirvanda ZƏHƏRLƏNMƏ- 5 nəfərin SON HALI…

Şirvanda ZƏHƏRLƏNMƏ- 5 nəfərin SON HALI…
Cəmiyyət

Dünən Şirvan şəhərində bir ailənin 5 üzvü pizzadan zəhərlənib. Ailə üzvləri Şirvan şəhər Mərkəzi rayon xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib.

Məsələ ilə bağlı Ajans.az TƏBİB-ə sorğu ünvanlayıb.

TƏBİB-dən Ajans.az-ın sorğusuna cavab olaraq, bildirilib ki,  bu barədə Şirvan Şəhər Mərkəzi Xəstəxanası məlumat yayıb. 

Məlumatda qeyd olunub ki, 07.04.2026-cı il tarixində saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

author picture
Zərif Sofiyeva
Mövzular:
Şirvan şəhər Mərkəzi rayon xəstəxanası 5 üzv

Digər Xəbərlər