Reklam resmi
Reklam resmi

Gecikdirilmiş 200,7 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub

Gecikdirilmiş 200,7 min manat vəsaitin işçilərə ödənilməsi təmin olunub
Cəmiyyət

İşdən qanunsuz çıxarılmış 44 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib.

Ajans.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 742 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitlərin 87 faizi əməkhaqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.

Mövzular:
İşçi əmək

Digər Xəbərlər