Bakıda yaşayış binasında yanğın BAŞ VERİB-GÖRÜNTÜLƏR
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb.
Mövzular: