Reklam resmi
Reklam resmi

Qaydaları kobud şəkildə pozan piyadalar- GÖRÜNTÜLƏR

Qaydaları kobud şəkildə pozan piyadalar- GÖRÜNTÜLƏR
Cəmiyyət

Piyada intizamının möhkəmləndirilməsi məqsədilə davamlı maarifləndirmə tədbirləri həyata keçirilir. 

Bununla bağlı Ajans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi hər zaman mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, piyadavurma hadisələrinin sayının azaldılması bilavasitə piyadalar arasında fərdi məsuliyyət hissinin formalaşdırılmasından asılıdır.

  Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu məqsədlə mütəmadi olaraq ölkə ərazisində zəruri tədbirlər həyata keçirilir.   Növbəti belə tədbir paytaxtın Sabunçu rayonunda ərazi polis orqanının və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə  təşkil olunub.   Dövlət Yol Polisi əməkdaşları həmsöhbət olduqları piyadalara yol hərəkəti qaydalarını bir daha xatırladıb, yolu nəzərdə tutulmayan yerlərdən keçməyin, qəflətən yolun hərəkət hissəsinə çıxmağın təhlükəli davranışlar olduğunu izah edib, zəruri tövsiyələr veriblər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
piyadalar yollar Polis

Digər Xəbərlər