Reklam resmi
Reklam resmi

Su basmış ərazilərdən 454 nəfər təxliyə edildi - VİDEO

Su basmış ərazilərdən 454 nəfər təxliyə edildi - VİDEO
Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri ötən gün və gecə ərzində fasiləsiz olaraq davam etdirilib.

Bu barədə  Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görülmüş tədbirlər nəticəsində 75-i azyaşlı olmaqla ümumilikdə 454 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.

Qeyd edəki ki, yaranan fəsadların aradan qaldırılması tədbirləri FHN- in Mülki müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Bakı və Sumqayıt Regional mərkəzlərinin qüvvələri tərəfindən həyata keçirilir.

Mövzular:
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti İintensiv yağışlar Təxliyə

Digər Xəbərlər