Reklam resmi
Reklam resmi

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü HƏBS OLUNDU
Hadisə

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən 34 yaşlı Teymur Həmidov saxlanılıb.

Bu barədə  Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tibbi müayinə zamanı sürücünün narkotik vasitə marixuana istifadə etdiyi məlum olub. T.Həmidov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

Mövzular:
Daxili İşlər Nazirliyi Göyçay Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsi

Digər Xəbərlər