Reklam resmi
Reklam resmi

30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Ajans.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri paytaxt ərazisində dövriyyəyə buraxmaq məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. T. Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mövzular:
Daxili İşlər Nazirliyi Nizami narkotik qanunsuz dövriyyə DİN Nizami Rayon Polis İdarəsi

Digər Xəbərlər