Reklam resmi
Reklam resmi

Süni BULUD İDDİASI- Türkiyədən görüntülər

Süni BULUD İDDİASI- Türkiyədən görüntülər
Gündəm

Türkiyədə süni bulud yaradan avadanlığın görüntüləri yayılıb.

Ajans.az xəbər verir ki, Türkiyənin Adana vilayətində çəkildiyi bildirilən videoda bir şəxs “süni bulud yaradan maşın” barədə danışıb .

Videonu paylaşan şəxs qarşıda yerləşən qurğunun bulud istehsal etdiyini iddia edərək, həmin buludların qısa müddət sonra yağışa səbəb olacağını bildirib. O daha sonra isə yağıntının videosunu izləyiciləri ilə bölüşüb. 

Videoda texnologiyanın inkişafından danışan bu şəxs  “Biz hələ ayaqqabımızı tərs, yoxsa düz geyindiyimizi bilmirik, adamlar isə yağış buludu yaradan maşın icad ediblər”, – deyib.

Qeyd edək ki, görüntülərdə əks olunan qurğunun həqiqətən hava şəraitinə təsir edib-etmədiyi məlum deyil.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Türkiyə yağış süni bulud

Digər Xəbərlər