Reklam resmi
Reklam resmi

Evlilik tarixinizi belə müəyyən edin ƏKS HALDA....

Evlilik tarixinizi belə müəyyən edin ƏKS HALDA....
Cəmiyyət

Son illər cütlüklər arasında “güzgü tarixlər”də evlənmək dəbə çevrilib. Bəs eyni rəqəmlərlə yadda qalan tarixlər həqiqətənmi evliliyin daha uzunömürlü olmasına təsir edir? 

Numeroloq Xəyal Məmmədov Ajans.az-a açıqlamasında bildirib ki, toy tarixinin uğurlu hesab olunması üçün təkcə simvolik tarixə baxmaq kifayət etmir: 

“İki insanın toy tarixini təyin etmək üçün hər iki şəxsin doğum tarixi əsasında hesablama aparılmalıdır. Sonda isə, onların uğurlu tarixləri əsasında evlilik üçün uyğun tarix müəyyən edilməlidir.” 

Numeroloqun sözlərinə görə, məşhurlaşan simvolik tarixlər hər zaman uğurlu sayılmır: 

“Bir çox hallarda simvolik tarixlər uğurlu olmur. Məsələn, yaxın zamanda olan 06.06.2026 tarixi mənasız idi. Ümumiyyətlə, “0” olan tarixlərdə toy etmək məsləhət görülmür. Rəqəmlər nə qədər rəngarəng olarsa, bir o qədər uğurlu tarix alınar.” 

Ailə və uşaq psixoloqu Aynur İsmayılova isə hesab edir ki, evliliyin taleyini tarixlər deyil, cütlüklərin münasibəti müəyyənləşdirir. 

Onun sözlərinə görə, uzunömürlü ailənin əsasını qarşılıqlı etibar və məsuliyyət təşkil edir: 

“Evlilik iki gəncin bir-birinə olan inamı, dəyəri və güvəni üzərində formalaşır. Güvən nə qədər çox olarsa, evlilik də bir o qədər uzunömürlü olar. Bu, hansısa tarixdən asılı deyil. Simvolik tarixlər daha çox psixoloji təsir yaradır. Tarix sadəcə təsəlli effektidir. İnsanlar simvolik tarixdə evlənməklə daha xoşbəxt olacaqlarına inanırlar. Amma rəqəmlərin evlilikdə xüsusi rolu yoxdur. Əsas olan tərəflərin bir-birini dəstəkləməsi, məsuliyyətləri bölüşməsi və öz rolunu düzgün dərk etməsidir.” 

A.İsmayılova vurğulayıb ki, ailə xoşbəxtliyini rəqəmlərdə deyil, münasibətlərdə axtarmaq lazımdır: 

“Əgər tərəflər bir-birini anlayır və hörmət edirsə, hansı tarixdə evləndiklərinin əhəmiyyəti qalmır. Simvolik rəqəmin xoşbəxtlik gətirəcəyinə inanmaq əvəzinə, sağlam münasibət qurmağa çalışmaq daha doğru seçimdir.”

Mövzular:
evlilik tarixi numerologiya

Digər Xəbərlər