Reklam resmi
Reklam resmi

Bu məsələ ilə bağlı TAPŞIRIQLAR VERİLDİ- QARŞIDAKI DÖVRDƏ...

Bu məsələ ilə bağlı TAPŞIRIQLAR VERİLDİ- QARŞIDAKI DÖVRDƏ...
Cəmiyyət

"Bildiyimiz kimi, kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahələrdən biridir. 2025-ci ildə aqrar sektor ölkənin ümumi daxili məhsulunun 5,9 faizini, qeyri-neft ümumi daxili məhsulunun isə 8,3 faizini formalaşdırmışdır".

Ajans.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

"Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı müşavirəsində yeni, konkret və qısamüddətli proqramın hazırlanmasının zəruriliyi vurğulanıb. Çıxışda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, idxalın azaldılması, yerli istehsalın artırılması, infrastrukturun inkişafı və investorların bu sahəyə cəlbi ilə bağlı tapşırıqlar verilib.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” 2022-ci il 22 iyul tarixli Sərəncamla təsdiq edilmiş Strategiyaya uyğun hazırlanmışdır.

Dövlət Proqramının uğuru yalnız maliyyə və institusional dəstək deyil, həm də müasir çağırışlara uyğun hüquqi bazanın formalaşdırılması ilə bağlıdır. Bu səbəbdən qarşıdakı dövrdə kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrində mühüm normativ-hüquqi təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur".

author picture
Murad Əliyev
Mövzular:
Məcnun Məmmədov. tapşırıqlar qarşıdakı dövr kənd təsərüffatı

Digər Xəbərlər