Afrika ölkələri Avropaya qaz tədarükü üçün kəmər tikintisinə başlayıb
Nigeriya, Niger və Əlcəzair Avropa ölkələrinə təbii qaz tədarükü üçün Transsahara qaz kəmərinin tikintisinə başlayıb.
Ajans.az xəbər verir ki, bu barədə "Business Insider Africa" nəşri məlumat yayıb.
Məlumata görə, Nigeriyanın Varri şəhərindən Niger vasitəsilə Əlcəzairdəki Hasi-Məsud qaz qovşağına qədər uzanacaq qaz kəmərinin uzunluğu 4128 km, gücü isə 30 milyard kubmetrədək olacaq.
Mövzular: