Reklam resmi
Reklam resmi

Rusiya nümayəndə heyəti Bakıya gələcək

Rusiya nümayəndə heyəti Bakıya gələcək
Xarici siyasət

Rusiya Federal Məclisi və Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclası iyunun ortalarında Bakıda keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun "Rusiya-Azərbaycan" sessiyasında çıxış edərkən bildirib.

"Parlamentlərarası əlaqələr və təmaslar aktiv şəkildə inkişaf edir. İyunun ortalarında həm Federasiya Şurasının, həm də Dövlət Dumasının deputatlarından ibarət parlament nümayəndə heyəti Federal Məclisin Federasiya Şurası ilə Azərbaycan Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın işində iştirak etmək üçün Bakıya gələcək", - deyə diplomat vurğulayıb.

Mövzular:
rusiya AZərbaycan nümayəndə heyəti

Digər Xəbərlər