Reklam resmi
Reklam resmi

TikTok-un yaradıçısı Asiyanın ikinci ən varlı şəxsi olub

TikTok-un yaradıçısı Asiyanın ikinci ən varlı şəxsi olub
Dünya

TikTok-un qurucusu və ByteDance şirkətinin həmtəsisçisi Zhang Yiming Asiyanın ən varlı şəxsləri siyahısında ikinci pilləyə yüksəlib.

Ajans.az Bloomberg Billionaires Index-ə istinadən xəbər verir ki, Zhang Yiming sərvətinə görə hindistanlı milyarder Mukeş Ambanini geridə qoyub.

Hazırda Zhang Yiming-in xalis sərvəti 92,8 milyard dollar qiymətləndirilir. Bu göstərici onun Çinin ən varlı şəxsi mövqeyini daha da möhkəmləndirib. Bloomberg-in məlumatına əsasən, 2019-cu ilin mart ayından etibarən onun sərvəti yeddi dəfədən çox artıb.

Ekspertlər hesab edirlər ki, sərvətdəki artım TikTok-un qlobal uğuru və ByteDance şirkətinin süni intellekt əsaslı Doubao çatbotunun Çində sürətlə populyarlaşması ilə əlaqədardır.

Capital Securities şirkətinin analitiki Emi Lin bildirib ki, Zhang Yiming-in maliyyə aktivlərindəki əhəmiyyətli artım “şirkətin güclü təməllərini və Doubao kimi məhsullarının bazardakı uğurunu əks etdirir”.

Reytinqdə Mukeş Ambani 86,9 milyard dollarlıq sərvətlə üçüncü pilləyə geriləyib. Asiyanın ən varlı şəxsi isə 117 milyard dollarlıq sərvətlə hindistanlı iş adamı Qautam Adanidir.

Bloomberg Billionaires Index-in məlumatına görə, dünyanın ən varlı insanı isə 726 milyard dollarlıq sərvətlə amerikalı sahibkar Elon Mask olaraq qalır.

author picture
Leyla Bayandurlu
Mövzular:
TikTok ByteDance şirkəti Zhang Yiming Asiya

Digər Xəbərlər