Elnur Hidayətoğlu vəzifəsindən AZAD OLUNUB?-AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.
Ajans.az xəbər verir ki, bir müddət əvvəl həmin vəzifə jurnalist Elnur Hidayətoğluya həvalə olunmuşdu.
Elnur Hidayətoğlu Ajans.az-a açıqlamasında bildirib ki, "mənim vəzifəm öz yerindədir. Mən şöbə müdiriyəm ,həmin vəzifə mənə müvəqqəti həvalə olunmuşdu. Hazırda öz vəzifəmi davam etdirirəm".
Mövzular: