Reklam resmi
Reklam resmi

Gürcüstanda virus yayıldı- Dəmir yolunun istifadəsi DAYANA BİLƏRMİ?

Gürcüstanda virus yayıldı- Dəmir yolunun istifadəsi DAYANA BİLƏRMİ?
Cəmiyyət
525

Gürcüstanda “DENQE” virusuna ilk yoluxma halının aşkarlandığı bildirilir. Məlumata görə, bu fakt region ölkələrində yoluxucu xəstəliklərin yayılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Ajans.az xəbər verir ki, Azərbaycanla Gürcüstan arasında dəmir yolu (Bakı-Tbilisi-Bakı) əlaqələrinin bərpası və sərnişin axınının artması fonunda virusun Azərbaycanda da qeydə alınma ehtimalı ilə bağlı suallar yaranıb.

Denqe virusunun əsasən ağcaqanadlar vasitəsilə yayıldığı nəzərə alınaraq, onun yayılma riskinin mövsümi və iqlim şəraitindən asılı olduğu qeyd edilir.

Ajans.az-ın ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, hazırda Azərbaycanda Denge qızdırmasına yoluxma halı qeydə alınmayıb.

Mərkəzin mütəxəssisləri tərəfindən xəstəliyə nəzarət və onun qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür. Xəstəliyin əlamətləri olan şəxslər aşkar edilərsə, onların laborator müayinələrinin aparılması üçün Mərkəzdə bütün lazımi imkanlar mövcuddur. Eyni zamanda, xəstəliyin keçiriciləri olan ağcaqanadlar üzərində mütəmadi monitorinqlər aparılır.

Hazırda ölkədə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır. Qonşu ölkələrdən xəstəliyin ölkəmizə keçmə riski ilə bağlı narahatlığa əsas verən hər hansı faktor yoxdur. Əhaliyə tövsiyə edilir ki, rəsmi məlumatlara istinad etsinlər və yalnız səhiyyə qurumlarının açıqlamalarını nəzərə alsınlar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Gürcüstan Dəmir yolu denqe virusu Azərbaycan

Digər Xəbərlər