Reklam resmi
Reklam resmi

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib

Cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş təşkil edilib
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə tədbirlər planının icrası işlərinin davamı olaraq, 4 saylı cəzaçəkmə müəssisəsində cəza müddətinin sonuna az qalmış qadın məhkumlarla görüş keçirilib.

Ajans.az xəbər verir ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri,  o cümlədən cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib.

Onların da cəza müddəti başa çatdıqdan sonra qurum tərəfindən ailələrinə səfərlər təşkil ediləcəyi və sosial xidmətlərə olan tələbatının qiymətləndiriləcəyi bildirilib. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı ilə təmin ediləcəkləri diqqətə çatdırılıb.

Məhkumları maraqlandıran suallar cavablandırılıb.

Mövzular:
cəza məhkumlar görüş

Digər Xəbərlər