Reklam resmi
Reklam resmi

İcra başçısı kölgədə, vətəndaş günəşdə?- RƏSMİ CAVAB

İcra başçısı kölgədə, vətəndaş günəşdə?- RƏSMİ CAVAB
Cəmiyyət

Sosial şəbəkələrdə Cəlilabad rayon İcra başçısı Rafiq Cəlilovun vətəndaş qəbulundan bir sıra fotolar paylaşılıb. Qəbul açıq hava şəraitində baş tutub. Lakin diqqətçəkən məqam başçının kölgədə əyləşməsi, sakinlərin isə günəş altında qalması olub.

Məsələ ilə bağlı mövqe almaq üçün Cəlilabad rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumun nümayəndəsi Sadiq Şahbazov Ajans.az-a açıqlama verib.

O bildirib ki, icra başçısı Rafiq Cəlilovun vətəndaşlarla görüşü zamanı sosial şəbəkələrdə səsləndirilən iradlar reallığı tam əks etdirmir.

“Görüş Hamarqışlaq kənd inzibatin ərazi dairəsinin Qamışlıgöl kəndində səhər saatlarında açıq havada keçirilib. Görüşün əvvəlində vətəndaşlar da ağac kölgəsində toplaşıblar. Lakin qəbulun müddəti uzandıqca, günəşin istiqaməti dəyişib və nəticədə bəzi vətəndaşlar günəş altında qalıb.”

Qeyd olunub ki, bu hal yalnız vaxtın uzanması və günəşin yerinin dəyişməsi ilə bağlı yaranıb, başqa hər hansı xüsusi və ya qərəzli yanaşma mövcud deyil.

author picture
Zərif Sofiyeva
Mövzular:
İcra başçısı kölgə vətəndaş günəşlik Rəsmi cavab

Digər Xəbərlər