Reklam resmi
Reklam resmi

Əli Əsədov Usmonali Usmonzoda ilə görüşdü

Əli Əsədov Usmonali Usmonzoda ilə görüşdü
Siyasət

Azərbaycanın Baş naziri Əli Əsədov Tacikistan Baş nazirinin müavini Usmonali Usmonzoda ilə görüşüb.

Ajans.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüş zamanı Azərbaycan ilə Tacikistan arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi vurğulanıb, bu prosesdə dövlət başçılarının siyasi iradəsinin mühüm rolu qeyd edilib.

Ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-tranzit və enerji sahələrində birgə fəaliyyətin gücləndirilməsi, həmçinin humanitar əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bu baxımdan Hökumətlərarası Komissiyanın sabah Bakıda keçiriləcək 8-ci iclasının əhəmiyyəti vurğulanıb.

Mövzular:
Əli Əsədov Usmonali Usmonzoda görüş

Digər Xəbərlər