Reklam resmi
Reklam resmi

Bakıdan Tbilisiyə 81 manata getmək MÜMKÜN OLACAQ

Bakıdan Tbilisiyə 81 manata getmək MÜMKÜN OLACAQ
Cəmiyyət

Bakı–Tbilisi–Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

Bu barədə Ajans.az-a Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirlib ki, 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Marşrut üzrə səyahət tarifləri:

• Bakı–Tbilisi: 81 AZN-dən

• Yevlax–Tbilisi: 67 AZN-dən

• Gəncə–Tbilisi: 62 AZN-dən

• Ağstafa–Tbilisi: 57 AZN-dən

• ⁠Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Mövzular:
Bakı Tbilisi qatar

Digər Xəbərlər