Reklam resmi
Reklam resmi

Müəllimlərin yerdəyişməsi başlayır- kimlərə üstünlük veriləcək?

Müəllimlərin yerdəyişməsi başlayır- kimlərə üstünlük veriləcək?
Cəmiyyət

21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

Bu barədə  Ajans.az-a MÜTDA-dan məlumat verilib.

    Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.

    Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

    Mövzular:
    Müəllimlərin yerdəyişməsi üstünlük kimlər

    Digər Xəbərlər