Reklam resmi
Reklam resmi

Azərbaycanla Tatarıstan arasında müzakirələr olub

Azərbaycanla Tatarıstan arasında müzakirələr olub
Xarici siyasət

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovla görüşüb.

Ajans.az xəbər verir ki, görüş "Kazan Forum 2026" Beynəlxalq İqtisadiyyat Forumu çərçivəsində baş tutub.

Görüşdə Azərbaycanla Tatarıstan arasında ikitərəfli əlaqələr müzakirə olunub.

Şahin Mustafayev Kazan Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə Tatarıstan Rəisini təbrik edib. Baş nazirin müavini Azərbaycanla Tatarıstan arasında çoxsahəli əlaqələrin inkişafından məmnunluq ifadə edib.

Minnixanov Azərbaycana Kazan Forumunda çoxsaylı nümayəndə heyəti ilə təmsil olunduğuna görə təşəkkür edib. O, Azərbaycanla Tatarıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin olduğunu qeyd edib. (APA)

Mövzular:
Azərbaycan Tatarıstan müzakirə

Digər Xəbərlər