Bakı məktəbində BƏDBƏXT HADİSƏ İLƏ BAĞLI SON MƏLUMAT
Bu gün saat 10:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, 175 nömrəli məktəbdən çağırış qeydə alınıb.
Bununla bağlı Ajans.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
2009-cu il təvəllüdlü şəxs (kişi cinsli) müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
Mövzular: