Avtomobil bazarlarında qiymətlər UCUZLAŞIR
Hazırda həm paytaxtda, həm də bölgələrdə avtomobil bazarında durğunluq hiss olunur. Qiymətlər nisbətən ucuzlaşsa da, alıcılıq qabiliyyəti xeyli zəifləyib. Satıcıların sözlərinə görə, əvvəl ay ərzində 5–6 avtomobil sata bildikləri halda, indi bu rəqəm 1–2-yə düşüb. Xüsusilə köhnə modellərə maraq nəzərəçarpacaq dərəcədə azalıb.
Ajans.az xəbər verir ki, bazarlarda alıcılar azlıq təşkil edir. Əksəriyyəti sadəcə baxmaqla kifayətlənir, real alış qərarı verməkdə tərəddüd edir. Bəziləri isə konkret məqsədlə gəlib alışını edir, lakin ümumi mənzərə yenə də passivdir.
Mövzular: