Reklam resmi
Reklam resmi

Qaydaları pozan piyadalara qarşı TƏDBİR GÖRÜLÜR

Qaydaları pozan piyadalara qarşı TƏDBİR GÖRÜLÜR
Cəmiyyət

Özü və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib.

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. 

Yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. 

Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur.

Mövzular:
Polis piyadalar qaydalar

Digər Xəbərlər