Reklam resmi
Reklam resmi

Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs XİLAS EDİLDİ - VİDEO

Avtomobildə sıxılı vəziyyətdə qalan  şəxs XİLAS EDİLDİ - VİDEO
Hadisə

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə  Ajans.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Shacman” markalı iki yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1983-cü il təvəllüdlü İmanov Xaləddin Sədrəddin oğlunu xilas ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Fövqəladə Hallar Nazirliyi “112” qaynar xətti Bakı–Şamaxı–Yevlax

Digər Xəbərlər