Reklam resmi
Reklam resmi

Metroda DƏHŞƏT: Qatar yoluna düşən sərnişin ÖLDÜ

Metroda DƏHŞƏT: Qatar yoluna düşən sərnişin ÖLDÜ
Hadisə
680

Bu gün saat 20:20-də metronun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

Ajans.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirlib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

Mövzular:
Metro sərnişin qatar

Digər Xəbərlər