Reklam resmi
Reklam resmi

Gələcəkdə Azərbaycanla əlaqələr qurulacaq- Paşinyan

Gələcəkdə Azərbaycanla əlaqələr qurulacaq- Paşinyan
Siyasət

“Ümid edirəm, yaxın gələcəkdə Ermənistan və Azərbaycan arasında işgüzar əlaqələr qurulacaq, bu, iki ölkə arasında bərqərar olmuş sülhün institutsionallaşdırılmasının ən mühüm vasitələrindən və alətlərindən biri olacaq”.

Ajans.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında sülhün institutsionallaşdırılması artıq 2024-cü ildə Tavuş-Qazax istiqamətində dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi ilə, daha sonra isə iki ölkənin sərhəd komissiyalarının birgə fəaliyyət qaydalarının imzalanması və ratifikasiyası ilə başlayıb.

“Bu proses 2025-ci il avqustun 8-də Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin ilkin imzalanması (paraflanması) və Vaşinqton Bəyannaməsi ilə davam edib. Həmin sənədlə sülhün və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması prinsipləri təsdiqlənib”.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ermənistan Azərbaycan

Digər Xəbərlər