Reklam resmi
Reklam resmi

Hamiləliklə bağlı bütün sualların cavabı bu ünvanda

Hamiləliklə bağlı bütün sualların cavabı bu ünvanda
Sağlamlıq
846

Qadınların sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlə təmin olunması məqsədilə Bir nömrəli Qadın Məsləhətxanasında müxtəlif müayinə və xidmətlər həyata keçirilir.

Ajans.az xəbər verir ki, müəssisədə hamiləliyin planlaşdırılması, hamilələrin qeydiyyata alınması və hamiləlik dövrünün izlənməsi həyata keçirilir.

Həkim Aynur Məmmədovanın sözlərinə görə, laborator analizlər və ultrasəs müayinələri müəyyən protokollar çərçivəsində ödənişsiz aparılır və müraciət üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

Bundan əlavə, müxtəlif ginekoloji problemlər, kolposkopiya müayinəsi, hormonal pozuntular və arzuolunmaz hamiləliyin erkən mərhələdə sonlandırılması ilə bağlı da xidmətlər göstərilir.

Daha ətraflı videomaterialda:

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

Mövzular:
Hamiləlik sullar

Digər Xəbərlər