Maşın betona çırpıldı- 4 YARALI VAR
Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Ajans.az xəbər verir ki, 32 yaşlı M.Huseynovun idarə etdiyi "Toyota Aqua" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb.
Nəticədə 4 nəfər - 22 yaşlı T.Huseynov, 21 yaşlı R.Süleymanov, onun həmyaşıdı N.Salmanov və 25 yaşlı H.Hümbətov xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: