Konsulluqdan Rasim Balayevin ölümü ilə bağlı AÇIQLAMA
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsinin Azərbaycana göndərilməsi üçün İstanbuldakı Baş Konsulluq tərəfindən iş aparılır.
Ajans.az-a Apa-yaistinadla xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Baş Konsulluğudan məlumat verilib.
Bildirilib ki, cənazənin bu gün Bakıya göndərilməsi planlaşdırılır.
Hazırda Xalq artistinin oğlu da İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasındadır.
Qeyd edək ki, Rasim Balayev bu gün İstanbulun Göztəpə rayonunda yerləşən “Memorial” xəstəxanasında vəfat edib.
Mövzular: