Reklam resmi
Reklam resmi

Kürün səviyyəsi qəfil qalxdı, bir ailə köməksiz qaldı

Kürün səviyyəsi qəfil qalxdı, bir ailə köməksiz qaldı
Hadisə
467

Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıblar.

Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Kür çayının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayon sakinləri olan 4 nəfər Kürdə odun yığmaq istəyən zaman suyun səviyyəsi qəfil qalxıb. Onlar Kürün ortasında, adada qalıblar. Dərhal əraziyə FHN-in və aidiyyatı qurumların əməkdaşları cəlb ediliblər.

Hazırda köməksiz vəziyyətdə qalan şəxslərin xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.

Mövzular:
Kür çayi Azərbaycan

Digər Xəbərlər